"Liverpul"da daha bir ayrılıq baş verəcək.
Apasport.az xəbər verir ki, Darvin Nunyez yayda komandanı tərk edəcək.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Son dövrlərdə göstərdiyi oyuna görə tənqid atəşinə tutulan uruqvaylı forvard mütəmadi forma şansı qazanacağı komandaya yollanmaq niyyətindədir.
Səudiyyə Ərəbistanı təmsilçiləri “Əl-Hilal” və “Əl-Nəsr” 27 yaşlı hücumçu ilə yaxından maraqlanırlar.
Hətta “Əl-Nəsr” Darvin üçün qışda rəsmi təklif də göndərib.
Müqaviləsi 2028-ci ilin yayında bitən oyunçu üçün mersisaydlılar 70 milyon transfer məbləği təyin edib.
Qeyd edək ki, Darvin Nunyez bu mövsüm 47 oyunda 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza