“Liverpul”dan imtina etdi - “Dortmund”da qalacaq
30.04.2025 - 22:57
“Liverpul”dan imtina etdi - “Dortmund”da qalacaq

İngiltərə Premyer Liqası təmsilçilərindən "Liverpul"un transfer etmək istədiyi Niko Şlotterbek gələcəyi ilə bağlı qərar verib.

Apasport.az xəbər verir ki, alman futbolçu "Borussiya"da qalacaq.

Bu barədə "Bild" nəşri məlumat yayıb.

Artıq tərəflər arasında razılıq əldə olunub. 25 yaşlı mərkəz müdafiəçisinin Bundesliqa klubu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqaviləyə imza atması gözlənilir.

Xatırladaq ki, "Borussiya" Niko Şlotterbeki 2022-ci ilin iyul ayında "Frayburq"dan transfer edib.

Almaniya millisinin üzvü bu mövsüm Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 6 qol ötürməsi ilə yadda qalıb.