“Liverpul”un hücumçusu Darvin Nunez Səudiyyə Ərəbistanından gələn transfer təklifini rədd edib.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, uruqvaylı futbolçu ilə “Əl-Hilal” maraqlanırdı, ancaq o, bu keçidi rədd edib.
25 yaşlı hücumçu yaxın aylarda “qırmızılar”dan ayrılmağa hazırdır, lakin karyerasını Avropada davam etdirmək niyyətindədir. “Liverpul” Nunezin transferi üçün 55 milyon avro tələb edir.
Uruqvaylı futbolçuya “Atletiko” da maraq göstərir. Hətta iddialara görə, tərəflər artıq şifahi razılıq əldə ediblər.
Onun “Liverpul”la müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza