“Liverpul”un yarımmüdafiəçisi Dominik Soboslai uzun müddətə sıradan çıxıb.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, macar futbolçuda dizin arxa hissəsində əzələ zədəsi aşkarlanıb və onun meydana qayıtması ən tezi 2026-cı ilin fevralında gözlənilir.
Soboslai zədəsini İngiltərə Premyer Liqasının 16-cı tur matçında, “Brayton”la qarşılaşmada (2:0) alıb. O, başlanğıcda oyuna qayıtmağa çalışsa da, bir müddət sonra əvəzlənməli olub.
25 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 23 oyunda iştirak edib, 5 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
- “Real”ın sabiq kapitanı “Xetafe”yə keçdi – RƏSMİ
- “Sabah”ın rəqibi baş məşqçisi ilə müqaviləni yenilədi
- PSJ “Mançester Yunayted”in müdafiəçisini transfer etmək istəyir
- "Sabah" - "Slaviya" və "Qalatasaray" - "Barselona" matçları bu kanallarda - TV AFİŞA
- “Samsunspor” baş məşqçisi ilə yollarını ayırdı – RƏSMİ