“Liverpul”un vingeri “Bornmut”da - RƏSMİ
18.08.2025 - 23:48
"Liverpul"un futbolçusu Ben Doak Premyer Liqada klubunu dəyişib.
Apasport.az xəbər verir ki, 19 yaşlı futbolçu "Bornmut"a transfer olub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, şotlandiyalı vingerlə 5 illik müqavilə imzalanıb. "Bornmut" oyunçu üçün mersisaydlılara 23,2 milyon avro ödəyib.
Qeyd edək ki, Ben Doak "Liverpul"un heyətində 10 rəsmi matçda iştirak edib.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0