Maksimin: “Fənərbaxça"ya zərər verməyə çalışan çox insan var”
06.07.2025 - 13:36
Maksimin: “Fənərbaxça"ya zərər verməyə çalışan çox insan var”

Qatıldığı bir proqramda "Fənərbaxça"da mənə dopinq verməyə cəhd etdilər" deyən Allan Saint-Maximin bu məsələ ilə bağlı yeni açıqlama verib.

Apasport.az xəbər verir ki, fransalı futbolçu bu barədə bir azarkeşin sualına cavab olaraq bunları bildirib:

“Mən "Fənərbaxça" qalib gəlmək üçün hiylə işlədir" deməmişəm. Orada klubun ətrafında olan insanlardan bəhs edirdim. Komandaya, azarkeşlərə və yaşadığım bütün prosesi yaxından izləyən Acun Ilıcalıya böyük hörmətim var. Sponsor xəstəxananın həkiminin davranış və tətbiq tərzi mənə anormal gəldiyi üçün vəziyyəti dərhal anladım və məsuliyyət daşıyan klub həkimi ilə əlaqə saxladım. O, preparatı təsdiqləmədi, çünki həmin maddə həqiqətən də qadağan olunmuşdu. "Fənərbaxça"nın ətrafında kluba zərər verməyə çalışan çox insan var. Bunun səbəbini bilmirəm. Amma klubun layiq olmadığı bu vəziyyətin dəyişəcəyinə ümid edirəm. "Fənərbaxça" və azarkeşlər daim qəlbimdə olacaq".

Qeyd edək ki, Saint-Maximin daha əvvəl iştirak etdiyi verilişdə "Fənərbaxça"nın çempion ola bilməməsinin səbəbi kimi futboldan kənar təsirlərin olduğunu bildirmiş, hətta “bir nöqtədə mənə dopinq verməyə belə çalışdılar” sözlərini işlətmişdi.