"Qalatasaray" heyətinə daha bir ulduz futbolçu qatmağa hazırlaşır.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi Manuel Akanji ilə yaxından maraqlanır.
"Sarı-qırmızılılar" arxa xətt oyunçusu üçün "Mançester Siti"yə ilk təklifini göndərib.
Lakin "şəhərlilər" Türkiyə klubunun ilkin təklifini qəbul etməyib.
"Qalatasaray" futbolçu üçün 15 milyon funt-sterlinq ödəməyə hazırdır. Mançesterlilər isə 18 milyon tələb edir.
Tərəflər danışıqlar prosesini davam etdirir. Hətta bu gün "sarı-qırmızılılar"ın Akanjinin meneceri ilə təmasa keçəcəyi bildirilir.
Qeyd edək ki, Manuel 2022-ci ilin yayından "Siti"də çıxış edir.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı