"Mançester Yunayted"lə müqaviləsi başa çatan Conni Evans gələcəyi ilə bağlı qərar verib.
Apasport.az xəbər verir ki, irlandiyalı müdafiəçi karyerasını başa vurub. Bu barədə futbolçu özü açıqlama verib.
Evans 37 yaşında peşəkar futbolla vidalaşıb.
Qeyd edək ki, Conni Evans "Mançester Yunayted"in yetirməsidir. Təcrübəli mərkəz müdafiəçisi "Antverpen", "Sanderlend", "Vest Bromviç" və "Lester Siti"də də çıxış edib. O, "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 241 rəsmi matçda 8 qol və 7 məhsuldar öötürmə ilə yadda qalıb. Evans Şimali İrlandiya milli komandasının heyətində 107 oyun keçirib.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!