“Mançester Siti”nin yeni baş məşqçisinin adına yaxın günlərdə aydınlıq gələcək.
Apasport.az xəbər verir ki, İngiltərə klubu Entso Mareskanın təyinatını bu həftə rəsmən açıqlamağa hazırlaşır.
İtaliyalı mütəxəssis “şəhərlilər”lə 3 illik müqavilə imzalayacaq.
“Mançester Siti”nin Mareska üçün “Çelsi”yə 10 milyon funt sterlinqdən çox təzminat ödəyəcəyi bildirilir. Digər mənbələrdə bu məbləğin təxminən 20 milyon avroya yaxın olduğu qeyd olunur.
Mareska “Mançester Siti”də Pep Qvardiolanı əvəzləyəcək. O, daha əvvəl London təmsilçisi “Çelsi”ni çalışdırıb.
Qeyd edək ki, Entso Mareska 2022/23 mövsümündə “Mançester Siti”də Qvardiolanın köməkçisi olub.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı