“Marsel”in futbolçusu addım-addım “İnter”ə
28.05.2025 - 21:24
“Marsel”in futbolçusu addım-addım “İnter”ə

Fransa Liqa 1 təmsilçilərindən "Marsel"in yarımmüdafiəçisi Luis Enrike karyerasını İtaliyada davam etdirəcək.

Apasport.az xəbər verir ki, futbolçu "İnter"ə transfer olmağa çox yaxındır.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, klublar 23 yaşlı futbolçunun transferi üçün 25 milyon avroya razılaşıb.

Braziliyalı oyunçu Milan klubu ilə 5 illik müqavilə imzalayacaq.

Xatırladaq ki, Luis Enrike 2020-ci ildən "Marsel"də çıxış edir.

Braziliyalı bu mövsüm komandasının heyətində iştirak etdiyi 35 rəsmi matçda 9 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.