"Marsel"in futbolçusu "Beşiktaş"ı rədd edib
11.09.2025 - 11:05
"Marsel"in futbolçusu "Beşiktaş"ı rədd edib

“Marsel”in futbolçusu Amin Harit Türkiyəyə transferdən imtina edib.

Apasport.az “Africafoot”a istinadən xəbər verir ki, “Beşiktaş” mərakeşli yarımmüdafiəçiyə rəsmi təklif göndərib.

Lakin 28 yaşlı oyunçu bu təklifə müsbət cavab verməyib.

Mənbənin məlumatına görə, Harit Türkiyə Super Liqasına keçidə maraq göstərmir və başqa variantları dəyərləndirir.

Qeyd edək ki, “Marsel”in baş məşqçisi De Zerbini​n planlarında yer almayan yarımmüdafiəçinin müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.