“Real Madrid”in hücumçusu Kilian Mbappe komandadakı mövqeyi ilə bağlı diqqətçəkən açıqlama verib.
Apasport.az xəbər verir ki, fransalı ulduz İspaniya La Liqasının XXXVI turu çərçivəsində keçirilən “Real Ovyedo” ilə matçdan öncə bildirib ki, son oyunda ilk “11-lik”də yer almamasının səbəbi məşqçilər korpusunun onu hücum xəttində yalnız dördüncü seçim kimi görməsidir.
Mbappenin sözlərinə görə, “kral klubu”nun baş məşqçisi Alvaro Arbeloa ona birbaşa bildirib ki, hücum xəttində ondan əvvəl Franko Mastantuono, Brahim Dias və Qonzalo Qarsiya üstün tutulur.
“Əsas heyətdə yer almadım, çünki Arbeloa mənə dördüncü hücumçu olduğumu dedi. Baş məşqçidən soruşun, onun fikrincə mən Franko Mastantuono, Brahim və Qonzalo Qarsiyadan sonra gəlirəm”, – deyə Mbappe narazılığını ifadə edib.
Qeyd edək ki, “Real Madrid” qarşılaşmanı 2:0 hesablı qələbə ilə başa vurub.
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
- Paraqvay rəqibini gözləyir - Fransa və ya İsveç