Mbappe ulduz futbolçunu "Real Madrid"ə dəvət edib
13.10.2025 - 19:53
Fransa millisinin və "Liverpul"un müdafiəçisi İbrahim Konate "Real Madrid"ə keçə bilər.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, millidəki komanda yoldaşı Kilian Mbappe Konateni Madrid klubuna keçməyə razı salmağa çalışır.
Gələn yay "Real Madrid" ulduz futbolçu Konate ilə pulsuz müqavilə imzalaya bilər.
26 yaşlı fransızın "Liverpul"la hazırkı müqaviləsi 2025/2026 mövsümünün sonuna kimidir.
- "Beşiktaş"ın Nunyez planı gözləyir
- Messi bu il də MLS Ulduzlar oyununu buraxacaq – Cəza tətbiq olunmayacaq
- "Real" Diomande ilə razılığa gəldi – PSJ mübarizədən çəkilmir
- "Fənərbaxça"dan transfer iddialarına cavab – Klub iki xəbəri təkzib etdi
- Mourinyonun "toxunulmaz" oyunçuları – Arda Gülər də siyahıda
0
0