Meksika millisinin üzvü "Fənər"də
22.08.2025 - 15:04
"Fənərbaxça" heyətini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, "sarı-lacivərdlilər" "Vest Hem" forması geyinən Edson Alvarezlə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçu tibbi müayinədən keçmək üçün bu gün İstanbula yollanacaq. Onun bir illik icarə əsasında İstanbul təmsilçisinin formasını geyinməsi gözlənilir.
Qeyd edək ki, Meksika millisinin üzvü olan Edson ötən mövsüm "Vest Hem"in heyətində çıxış etdiyi 31 rəsmi matçda 1 assistlə yadda qalıb.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0