Məşhur futbolçunun pasportu oğurlanıb
07.10.2025 - 10:56
Məşhur futbolçunun pasportu oğurlanıb

Braziliyanın "Korintians" klubunun niderlandlı futbolçusu Memfis Depayın pasportu hava limanında oğurlanıb.

Apasport.az ESPN-ə istinadla xəbər verir ki, Braziliyada pasportu oğurlanan 31 yaşlı futbolçu Niderland millisinin düşərgəsinə daha sonra qoşulacaq.

"Narıncılar"ın bombardirinin DÇ-2026-nın seçmə mərhələsində Malta ilə baş tutacaq görüşü buraxacağı ehtimal edilir. 

Niderland millisinin baş məşqçisi Ronald Kuman vəziyyəti bu cür şərh edib: 

"Bu, həm Depay, həm də bizim üçün xoşagəlməz bir vəziyyətdir. Milli komandaya tam heyətlə hazırlaşmaq istərdik, lakin bizdən asılı olmayan hallar var. Ümid edirik ki, o, ən qısa zamanda təlim-məşq toplanışına qatılacaq".

Niderland dünya çempionatının seçmə mərhələsində oktyabrın 9-da Malta, 12-də isə Finlandiya ilə qarşılaşacaq.