Məşqçi meydana daxil oldu, rəqib futbolçuya hücum etdi - VİDEO
11.03.2024 - 11:04
İtaliya A Seriyasının 28-ci həftəsində “Leççe” öz meydanında “Hellas Verona”ya 1:0 hesabı ilə məğlub olub.
Apasport.az xəbər verir ki, düşmə zonasına yaxın olan klubların qarşılaşmasından sonra meydanda xaos yaşanıb.
Matç başa çatdıqdan sonra "Leççe"nin baş məşqçisi Roberto Daversa meydançaya daxil olaraq "Verona"nın hücumçusu Tomas Henriyə başla zərbə endirib.
Hadisədən sonra dava düşüb. Hakim məşqçi və futbolçuya qırmızı vərəqə göstərib.
"Leççe"nin matçdan sonra verdiyi açıqlamada bildirilib ki, Daversa Henriyə zəng edib və ondan üzr istəyib.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
1
2