Messi "Barselona" ilə matçda ZƏDƏLƏNİB
12.02.2026 - 10:58
Messi "Barselona" ilə matçda ZƏDƏLƏNİB

“İnter Mayami”nin futbolçusu Lionel Messi zədələnib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Argentina millisinin üzvü Ekvadorun “Barselona” komandası ilə keçirilən yoldaşlıq görüşündə (2:2) sol bud əzələsini gərdiyi üçün çərşənbə günü komandanın məşqində iştirak etməyib.

Bildirilib ki, 38 yaşlı futbolçunun zədəsi ciddi deyil. O, MLS-in açılış matçında “Los Anceles”ə qarşı meydana çıxa biləcək.

Qeyd edək ki, Messi 2023-cü ildən “İnter Mayami”nin formasını geyinir.