"Milan" Almaniya millisinin hücumçusu ilə müqavilə imzalayıb
24.12.2025 - 11:54
"Milan" Almaniya millisinin hücumçusu ilə müqavilə imzalayıb

"Vest Hem" və Almaniya millisinin hücumçusu Niklas Füllkruq "Milan"a keçib.

Apasport.az xəbər verir ki, bu barədə Fabritsio Romano məlumat yayıb.

Bildirilib ki, futbolçu tibbi müayinədən keçib və "rossonerilər"lə müqavilə imzalayıb.

Transfer icarə əsasında həyata keçirilib. Alman futbolçu yeni klubunda 9 nömrəli formanı geyinəcək.