“Milan” İsveçrə millisinin üzvü ilə maraqlanır
24.06.2025 - 22:33
İtaliya A Seriyası təmsilçilərindən "Milan" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, komanda "Brügge"nin üzvü Ardon Yaşari ilə yaxından maraqlanır.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Rossonyerilər 22 yaşlı yarımmüdafiəçi üçün Belçika klubuna 30 milyon avro dəyərində təklif göndərib.
Qeyd edək ki, İsveçrə millisinin üzvü bu mövsüm “Brügge”nin heyətində 52 rəsmi oyunda iştirak edib, 4 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu
- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi
0
0