Millimizin üzvü oynadı, komandası 1 xal qazandı
16.05.2025 - 22:58

Polşada Ekstraklasa çempionatının XXXIII turu çərçivəsində bir sıra oyunlar keçirilib.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin futbolçuları Renat Dadaşov və Rahil Məmmədovun çıxış etdiyi "Radomyak" klubu səfərdə "Stal Melets"lə qarşılaşıb.
2:2 hesabı ilə yekunlaşan matçda Dadaşov 72-ci dəqiqədə meydana daxil olub. Məmmədov isə yenə bu oyunun iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Radomyak" 41 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
0
0