Millimizin üzvü oynadı, komandası pley-offda uduzdu
23.05.2025 - 20:28
Millimizin üzvü oynadı, komandası pley-offda uduzdu

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Türkiyə 1-ci Liqasında pley-offunda mübarizəni dayandırıb.

Apasport.az xəbər verir ki, onun çıxış etdiyi "Boluspor" yarımfinalın hər iki görüşündə uduzaraq, Superliqaya yüksəlmək şansını itirib.

Öz meydanında “Bandırmaspor”a 1:4 hesabı uduzan Bolu təmsilçisi səfərdə də eyni aqibəti yaşayıb. Bandırmalılar 1:0 hesabı ilə qali gəliblər.

İlk oyunda 19 dəqiqə forma geyinmək şansı qazanan Vüsal bu dəfə də sonradan meydana daxil olub. İsgəndərli qarşılaşmanın 72-ci dəqiqəsində komanda yoldaşını əvəzləyib.

Qeyd edək ki, "Boluspor" mövsümü 7-ci pillədə başa vurub.