Millimizin üzvü oynadı, komandası qələbə qazandı
27.09.2025 - 12:54

Xorvatiya çempionatında VIII turun matçlarına start verilib.
Apasport.az xəbər verir ki, Rüfət Abdullazadənin formasını geydiyi "Varajdin" evdə "Vukovar"la üz-üzə gəlib.
Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan futbolçu meydana start heyətində çıxıb və 65-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Varajdin" 8 turdan sonra 12 xalla 3-cü pillədə qərarlaşıb.
0
0