Millimizin üzvü oynadı, komandası yarımfinala yüksəldi
16.05.2025 - 00:26

Bu gün Türkiyə I Liqasında pley-off mərhələsinin qarşılaşmaları baş tutub.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" səfərdə "İstanbulspor"un qonağı olub.
Vüsalın komandası bir oyundan ibarət mərhələni 2:1 hesablı qələbə ilə başa vurub.
Futbolçumuz bu görüşü ehtiyat oyunçular skamyasında keçirib.
Qeyd edək ki, "Boluspor" yarımfinalda "Bandırmaspor"la qarşılaşacaq. Oyun mayın 19-da keçiriləcək.
0
0