Millinin baş məşqçisi bəlli oldu - RƏSMİ
24.09.2025 - 16:52
Millinin baş məşqçisi bəlli oldu - RƏSMİ

Bolqarıstan milli komandasının yeni baş məşqçisi bəlli olub.

Apasport.az xəbər verir ki, yığmanı Aleksandr Dimitrov çalışdıracaq.

Bu barədə Bolqarıstan Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.

İcraiyyə Komitəsinin bugünkü iclasında 49 yaaşlı mütəxəssisin təyinatı rəsmiləşib. Onunla 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Aleksandr Dimitrovun son iş yeri ölkəsinin U-21 milli komandası olub.