Misir yığması dünya çempionatının əsas mərhələsinə vəsiqə qazanıb
08.10.2025 - 23:41

Futbol üzrə Misir milli komandası 2026-cı ildə keçiriləcək dünya çempionatının əsas mərhələsinə vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, Afrika zonası üzrə seçmə mərhələdə Cibutiyə qalib gələn (3:0) misirlilər sona bir tur qalmış mundiala vəsiqəni təmin edib.
Misir yığması tarixində 4-cü dəfə dünya çempionatının əsas mərhələsində oynayacaq.
0
0