Mitroviç Qətər yolunda
04.09.2025 - 19:17
Mitroviç Qətər yolunda

"Əl-Hilal"da ayrılıq baş verəcək.

Apasport.az xəbər verir ki, Aleksandr Mitroviç komandanı tərk edəcək.

Tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriləcək.

Hücumçu karyerasını Qətərdə davam etdirəcək. O, "Əl-Rayyan"a transfer olunacaq. 

Qeyd edək ki, "Əl-Hilal" Mitroviçi 2023-cü ilin yayında "Fulhem"dən transfer edib.