Modriç Messiyə çatdı: YALNIZ RONALDO QALIB
08.06.2026 - 10:57
Xorvatiya millisinin kapitanı Luka Modriç xüsusi göstəriciyə imza atıb.
Apasport.az xəbər verir ki, o, buna Sloveniya yığmasına qarşı keçirilən yoxlama matçında nail olub.
Görüş yarımmüdafiəçi üçün millinin heyətində 198-ci qarşılaşma kimi yadda qalıb.
Təcrübəli futbolçu bu göstəricidə argentinalı Lionel Messiyə şərik olub.
Onlar yalnız Kriştiano Ronaldodan geri qalırlar. Portuqaliyalı ulduzun aktivində 227 belə matç var.
Qeyd edək ki, Xorvatiya - Sloveniya görüşü birincilərin 2:1 hesablı qələbəsi ilə nəticələnib.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0