
Mourinyonun mətbuat konfransında verdiyi açıqlama azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb.
Apasport.az xəbər verir ki, bu gün jurnalistlərin suallarını cavablandıran "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo hazırda rəhbərlik etdiyin klubun əvvəlki klublara baxmış daha zəif olduğunu vurğulayıb.
Portuqaliyalı mütəxəsisin açıqlamasını qeyd edirik:
Müxbir: "Benfika"ya qarşı oynadığınız son 9 matçda cəmi 1 dəfə məğlub olmusunuz. Onlara qarşı psixoloji üstünlük qura bilərsiniz?"
Mourinyo: "Benfika"ya qarşı qazanırdım çünki daha güclü komandalarla işləyirdim. O zaman idarə etdiyim klublarla indi idarə etdiyim klubu bir tuta bilmərəm".
Müxbir: "Komandanızda görmək istədiyiniz braziliyalı futbolçu var?"
Mourinyo: "Bunu həyata keçirə biləcək maliyyə vəsaiti olan bir klubda deyiləm".
Qeyd edək ki, "Fənərbaxça" - "Benfika" qarşılaşması 20 avqust Bakı vaxtı ilə 23:00-da baş tutacaq.