“Real Madrid”in sabiq futbolçusu Pepe yenidən Madrid klubunda çalışa bilər.
Apasport.az xəbər verir ki, bu barədə Portuqaliyanın “O Jogo” nəşri məlumat yayıb.
Xəbərə görə, 43 yaşlı sabiq müdafiəçi bu dəfə məşqçi kimi "kral klubu"na qayıdacaq.
O, Joze Mourinyonun “Real Madrid”dəki məşqçilər korpusunda yer alacaq.
Pepenin portuqaliyalı mütəxəssisin köməkçilərindən biri olacağı gözlənilir.
Tərəflər arasında danışıqların müsbət istiqamətdə getdiyi, rəsmi açıqlamanın yaxın günlərdə verilə biləcəyi bildirilir.
Qeyd edək ki, 2024-cü ildə peşəkar futbolçu karyerasını bitirən Pepe 2007-2017-ci illərdə “Real Madrid”də çıxış edib.
O, Mourinyonun rəhbərliyi altında 2010-2013-cü illərdə Madrid klubunda oynayıb.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu