Mourinyodan sürpriz qərar: İrfan Canı əsas qapıçı kimi görür
03.07.2025 - 11:30
Mourinyodan sürpriz qərar: İrfan Canı əsas qapıçı kimi görür

Yay transfer dövründə  bir neçə qapıçıyla danışıqlar aparan "Fənərbaxça"nın bütün cəhdləri nəticəsiz qalıb.

Apasport.az xəbər verir ki, Dominik Livakoviçi gözdən çıxaran klub onun yerinə xarici qapıçı transfer edə bilməsə, baş məşqçi Joze Mourinyo yeni mövsümə İrfan Can Eyribayatla başlamağı planlaşdırır.

İnsayder Yağız Sabuncuoğlunun məlumatına görə, uzanan transfer söhbətlərindən yorulan təcrübəli çalışdırıcı, əcnəbi qapıçı alınmayacağı halda gənc qolkiperə əsas heyətdə şans verəcək.

İkinci qapıçı seçimi isə UEFA-nın iştirak ərizəsinə uyğunlaşdırılacaq. Bu səbəbdən klub daxili bazarda təcrübəli yerli qapıçılar üzərində fokuslanıb.

Namizədlər arasında Tarık Çetin, Ertuğrul Taşkıran və Volkan Babacan yer alıb.

"Fənərbaxça" rəhbərliyi qarşıdakı günlərdə vəziyyətə uyğun olaraq qapı xəttilə bağlı son qərarını verəcək.