“FourFourTwo” nəşri müasir futbolda ən yaxşı mərkəz hücumçularını sıralayıb.
Apasport.az saytının məlumatına görə, cədvəldə 10 futbolçunun adı yer alıb.
Siyahıya “Bavariya”nın qol “maşını” Robert Levandovski başçılıq edir. Erlinq Haland və Kilian Mbappe ilk “üçlük”də növbəti yerləri bölüşdürür. “Mançester Yunayted”in forvardı Kriştiano Ronaldo isə özünə yalnız 5-ci pillədə yer edə bilib.
Ən yaxşı mərkəz hücumçuları:
1. Robert Levandovski (“Bavariya”)
2. Erlinq Haland (“Borussiya”, Dortmund)
3. Kilian Mbappe (PSJ)
4. Harri Keyn (“Tottenhem”)
5. Kriştiano Ronaldo (“Mançester Yunayted”)
6. Romelu Lukaku (“Çelsi”)
7. Kərim Benzema (“Real”)
8. Çiro İmmobile (“Latsio”)
9. Edinson Kavani (“Mançester Yunayted”)
10. Lautaro Martines (“İnter”)
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"