“Napoli” niderlandlı futbolçu ilə güclənib
21.07.2025 - 16:27
“Napoli” niderlandlı futbolçu ilə güclənib

İtaliya A Seriyası təmsilçisi “Napoli” niderlandlı müdafiəçi Sam Beukemanı heyətinə qatıb.
 
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtaliya çempionu 26 yaşlı oyunçu üçün “Bolonya”ya 31 milyon avro ödəyib.

Neapol təmsilçisi futbolçu ilə 5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Sam Beukema yeni klubunda 31 nömrəli formada çıxış edəcək.