"Napoli" sanki ələ salıb: "Qalatasaray"a növbəti şərt
15.07.2025 - 00:21
"Napoli" sanki ələ salıb: "Qalatasaray"a növbəti şərt

"Qalatasaray"ın Osimheni transfer etmə cəhdi növbəti dəfə uğursuz alınıb.

Apasport.az xəbər verir ki, "Napoli"nin bank təzminatı və məbləğin bölgüsü barədə tələbi "Qalatasaray" tərəfindən təmin olunub.

Buna baxmayaraq, İtaliya təmsilçisi "Qalatasaray"a qarşı son anda daha bir şərt irəli sürüb.

Belə ki, neapollular Osimhenin növbəti satışından 20 faizlik pay da istəyib.

Səbir kasası daşan "Qalatasaray" bu şərti qəbul etməyib.

Bundan əlavə "Napoli" Osimheni mövsümöncəsi tibbi yoxlanışdan keçməyə və komandayla məşqlərə qoşulmağa çağırıb.

Rəhbərlik əks halda nigeriyalı forvardı cərimələyəcəyini bildirib. 

Bu dəvət Osimhen tərəfindən rədd edilib və heç bir halda komandayla yeni mövsümə başlamayacağını klub rəhbərliyinə bildirib.