“Napoli”də ciddi itki - 3 ay oynamaya bilər
27.10.2025 - 22:28
“Napoli”də ciddi itki - 3 ay oynamaya bilər

"Napoli" ciddi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, komandanın aparıcı oyunçularından Kevin De Bruyne sıradan çıxıb.

O, A Seriyasının VIII turunda "İnter"lə oyunda (3:1) sıradan çıxıb.

34 yaşlı yarımmüdafiəçinin təxminən 3 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, Belçika millisinin üzvü olan Kevin bu mövsüm "Napoli"nin heyətində meydana çıxdığı 11 rəsmi matçda 4 qol və 2 assistlə yadda qalıb.