“Napoli”dən “Qalatasaray”a - RƏSMİ
23.01.2026 - 22:29
“Napoli”dən “Qalatasaray”a - RƏSMİ

“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, “sarı-qırmızılılar” “Napoli”nin formasını geyinən Noa Lanqı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı vinger mövsümün sonunadək icarə əsasında İstanbul təmsilçisinin şərəfini qoruyacaq.

Razılaşmaya əsasən, “Qalatasaray” bu keçid üçün A Seriyası klubuna 2 milyon avro ödəyib. Niderland millisinin üzvü mövsümün qalan hissəsi üçün Super Liqa təmsilçisindən 1,75 milyon avro məvacib alacaq.