“Ömrüm boyu mərc oyunları ilə heç bir əlaqəm olmayıb”.
Apasport.az xəbər verir ki, bunu adı mərc oyunları ilə hallanan “Beşiktaş”ın sabiq kapitanı Necip Uysal sosial media hesabında deyib.
O, təkcə futbolçu dövründə deyil, karyerasından əvvəl də heç bir mərc saytının üzvü olmadığını bildirib:
“Heç vaxt mərc oynamamışam və hesab açmamışam. Belə bir fikir ağlımdan belə keçməyib. İllərdir zəhmətimlə və alın təri ilə qorumağa çalışdığım adımın bu şəkildə gündəmə gətirilməsinə qarşı bütün hüquqi mübarizəmi aparacağam”.
Qeyd edək ki, Türkiyə Futbol Federasiyası (TFF) 1024 futbolçunun mərc oyunlarında iştirakına görə Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərildiyini açıqlayıb.