Neymarın taleyinə AYDINLIQ GƏLDİ
24.06.2025 - 18:44
"Santos"la müqaviləsi başa çatan Neymarın taleyinə aydınlıq gəlib.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı hücumçu yetirməsi olduğu klubla sözləşməni yeniləyəcək.
Müqavilənin bu həftə rəsmiləşməsi gözlənilir. Yeni anlaşma 2026-cı ilin dekabrına qədər qüvvədə olacaq.
Bildirilir ki, forvard tezliklə komanda ilə məşqlərə qoşulacaq.
Qeyd edək ki, Neymar “Santos”a bu ilin qışında azad agent kimi qoşulub.
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu
- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi
0
0