Niderlandlı futbolçu “Napoli” yolunda
07.07.2025 - 12:16
“Napoli” PSV-nin vingeri Noa Lanqı heyətinə qatmağa çox yaxındır.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, klublar artıq müqavilənin şərtləri üzərində razılıq əldə ediblər.
Neapol təmsilçisi 26 yaşlı niderlandlı futbolçunun transferi üçün qarşı tərəfə 28 milyon avro ödəyəcək.
Oyunçunun yaxın günlərdə tibbi müayinədən keçəcəyi gözlənilir.
Qeyd edək ki, Noa Lanq 2023-cü ildən PSV-də çıxış edir. O, bu müddət ərzində komandanın heyətində 63 oyuna çıxaraq 19 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ
- “Fənərbaxça”da daha bir qəza – Bu dəfə Aziz Yıldırım - VİDEO
- “Qızıl top”u qazana bilməyən Lamin Yamal: “Mənim də zamanım gələcək”
- İsmail Kartal avtomobil qəzasına düşüb
0
0