Niderlandlı ulduz daha 4 il "Barsa"da - RƏSMİ
15.10.2025 - 16:24
Niderlandlı ulduz daha 4 il "Barsa"da - RƏSMİ

"Barselona"da yeni müqavilə qeydə alınıb.

Apasport.az xəbər verir ki, kataloniyalılar Frenki de Yonqla razılığa gəlib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı yarımmüdafiəçi daha 4 il La Liqa təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, “Barsa” Niderland millisinin üzvü olan de Yonqu 2019-cu ildə “Ayaks”dan 86 milyon avro qarşılığında transfer etmişdi.