Nigeriya millisinin üzvü “Milan”ın radarında
20.08.2025 - 22:53

"Milan" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, rossonyerilər "Bayer"də çıxış edən Viktor Bonifeysi transfer etməyə yaxındır.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Milan" artıq nigeriyalı forvardla razılıq əldə edib. 24 yaşlı futbolçunun klubu ilə danışıqlar davam edir.
Qeyd edək ki, Nigeriya millisinin üzvü ötən mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 11 qol və 2 assistlə yadda qalıb.
0
0