"Nottingem"dən yeni transfer
18.08.2025 - 16:37

"Nottingem Forest" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
"Renn"də çıxış edən Arno Kalimuendo ilə müqavilə imzalanıb.
23 yaşlı hücumçu ilə bağlanan sözləşmənin müddəti 5 illikdir.
Qeyd edək ki, Arno Kalimuendo ötən mövsüm 34 matçda 18 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0