"Nyukasl" Norveçli forvardı istəyir - 50 milyon avronu gözdən çıxarıb
10.10.2025 - 11:26

İngiltərə Premyer Liqası təmsilçisi "Nyukasl Yunayted" qışda hücum xəttini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, komanda "Atletiko Madrid"də çıxış edən Aleksandr Sorlotla yaxından maraqlanır.
Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, "sağsağanlar" 29 yaşlı hücumçu üçün 50 milyon avronu gözdən çıxarıb. "Nyukasl" yaxın zamanda Madrid təmsilçisi ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, Norveç millisinin üzvü olan Sorlot "Atletiko"ya 2024-cü ilin yayında "Vilyareal"dan 32 milyon avro qarşılığında transfer olunmuşdu.
0
0