“Nyukasl”ın yeni baş məşqçisi rəsmən açıqlanıb
06.08.2026 - 10:58
“Nyukasl”ın yeni baş məşqçisi rəsmən açıqlanıb

İngiltərə Premyer Liqası təmsilçisi “Nyukasl”ın yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az xəbər verir ki, klub almaniyalı mütəxəssis Matias Yayssle ilə 4 illik müqavilə imzalayıb.

38 yaşlı çalışdırıcı bu vəzifədə Eddi Haunu əvəzləyib.

Yayssle son olaraq Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunu çalışdırırdı.

Qeyd edək ki, həm “Nyukasl”, həm də “Əl-Əhli”nin əsas səhmdarı Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fonudur (PIF).