“Olimpiakos”un forvardı Premyer Liqada - RƏSMİ
13.06.2025 - 00:54
İngiltərə Premyer Liqası təmsilçilərindən "Brayton" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda "Olimpiakos"un yetirməsi olan Xaralampos Kostulası transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında razılaşmaya əsasən, İngiltərə komandası 18 yaşlı forvard üçün Yunanıstan təmsilçisinə 35+2 milyon avro ödəniş edəcək.
"Brayton" Kostulasla 5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, hücumçu bu mövsüm "Olimpiakos"un heyətində çıxış etdiyi 35 rəsmi matçda 7 qol, 2 assistlə yadda qalıb.
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza
- Afrika Millətlər Kubokunun təqvimi dəyişdi – 2029-cu il ləğv edildi
- Messinin böyük qayıdışı təxirə düşür: Mayamidə xoşbəxtdir
0
0