Onana yenə zədələnib
13.07.2025 - 12:22
Onana yenə zədələnib

“Mançester Yunayted” ciddi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, komandanın qapıçısı Andre Onana zədələnib.

Qolkiper azı 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim əsas qapıçının zədələnməsinə görə rəhbərlikdən qolkiper transferi istəyib.