
Türkiyəli futbolçu Orkun Kökçü "Benfika"dan ayrılmaq üzrədir.
Apasport.az xəbər verir ki, o, karyerasını "Beşiktaş"da davam etdirməyə yaxındır.
24 yaşlı yarımmüdafiəçi "Beşiktaş"dan başqa ona gələn bütün təklifləri rədd edib.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Mənbənin məlumatına görə, Orkun keçidin tezliklə həll edilməsi üçün "Benfika" rəhbərliyinə təzyiq göstərir.
Xatırladaq ki, türkiyəli futbolçu FİFA Klublararası Dünya Çempionatında baş məşqçisi Bruno Laj ilə yaşadığı problemlərdən sonra komandadan ayrılmaq qərarına gəlib.
Qeyd edək ki, Kökçü ötən mövsüm "Benfika"nın heyətində 55 oyuna çıxıb, 12 qol vurub və 11 məhsuldar ötürmə edib.