Qarsiyanın "Real"dakı gələcəyi müəyyənləşib
08.07.2025 - 17:57
Qarsiyanın "Real"dakı gələcəyi müəyyənləşib

“Real Madrid” futbolçusu Qonsalo Qarsiya ilə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, Madrid təmsilçisi 21 yaşlı hücumçunu satmaq və ya icarəyə vermək niyyətində deyil.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Baş məşqçi Xabi Alonso ispan forvardı növbəti mövsüm komandada saxlamaq istəyir.

Qeyd edək ki, Qarsiyanın "Real"la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. O, Klublararası Dünya Çempionatında çıxış etdiyi 5 matçda 4 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.