Pol Poqba “Monako”da - RƏSMİ
28.06.2025 - 20:58
Pol Poqba “Monako”da - RƏSMİ

Pol Poqbanın taleyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, o, karyerasını "Monako"da davam etdirəcək.

Bu barədə knyazlıq klubu məlumat yayıb.

32 yaşlı futbolçu ilə 2027-ci il iyunun sonuna kimi müqavilə imzalanıb. Əvvəllər Poqba "Mançester Yunayted" və "Yuventus" kimi komandalarda çıxış edib. O, Fransa yığmasının heyətində DÇ-2018-in qalibi olub.

Qeyd edək ki, 2023-cü ilin sentyabrında Poqbanın verdiyi analizin cavabı müsbət olub və o, ötən il fevralın 29-da 4 illik diskvalifikasiya edilib. Futbolçunun apelyasiyasından sonra Beynəlxalq Arbitraj Məhkəməsi cəza müddətini 18 aya endirib.