Polşa millisinin üzvü “Barsa”da qalacaq
10.05.2025 - 17:58

"Barselona" və Polşa millisinin üzvü Voytsex Şensnıyın gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, qolkiper daha bir il kataloniyaların qapısını qoruyacaq.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, La Liqa təmsilçisi oyunçu ilə böyük ölçüdə razılaşıb.
Qeyd edək ki, 35 yaşlı Şensnıy bu mövsüm "Barsa"nın heyətində 28 rəsmi matçda iştirak edib. Onun hazırki müqaviləsi bu yay başa çatacaq.
0
0