Poqba Super Liqa yolunda
06.05.2026 - 11:50
"Monako"da çıxış edən Pol Poqba karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, 33 yaşlı yarımmüdafiəçi ilə "Fənərbaxça" yaxından maraqlanır. İstanbul təmsilçisi yay transfer pəncərəsində fransalı oyunçu üçün Liqa 1 klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, Poqbanın "Monako" ilə müqaviləsi 2027-ci ilin yayınadək nəzərdə tutulub. O, bu mövsüm komandası ilə 6 rəsmi matçda iştirak edib.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0